İQTİSADİYYAT


Bankomatların sayı artıb

Bakı, 3 avqust, AZƏRTAC

İyulun 1-nə ölkədə quraşdırılmış bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq 2998 ədəd olub.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ölkədə 70 min 814 POS-terminal dövriyyədə olub və son 1 il ərzində müvafiq göstərici 17 faiz yüksəlib.

Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 49 faiz artaraq 58 min 204 ədəd təşkil edib.

Banklar tərəfindən quraşdırılmış özünəxidmət terminallarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4,3 faiz azalaraq 1845 ədəd olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.