Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmiddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ölkənizdə keçirilən prezident seçkilərində inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, xalqınız Sizin yüksək idarəçilik bacarığınız və müdrik rəhbərliyinizlə daha böyük nailiyyətlər və uğurlar qazanmaq istiqamətində səylərini əsirgəməyəcək.

Əminəm ki, dost ölkələrimiz gələcəkdə xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün mümkün sahələri üzrə daha çox çalışacaq.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, inkişaf və rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Md. Əbdül Həmid

Banqladeş Xalq Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin