DÜNYA


Banqladeşdə 19 nəfər ölüm cəzasına məhkum edilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Dəkkə məhkəməsi 2004-cü ilin avqust ayında qumbaralardan istifadə olunmaqla törədilən hücumla bağlı Banqladeşin sabiq daxili işlər naziri Lutfozzaman Babarı və daha 18 nəfəri edam cəzasına məhkum edib.

AZƏRTAC xəbər verir ki, “Dhaka Tribune” qəzetinin yaydığı məlumata görə, söhbət Banqladeşin paytaxtında 24 nəfərin, o cümlədən “Awami League” partiyasının lideri Ayvi Rahmanın ölümü ilə nəticələnən hücumdan gedir. Həmçinin hücum zamanı o dövrdə müxalifət lideri olan, hazırda Banqladeşin Baş naziri postunu tutan Şeyx Hasinin də aralarında olduğu 500-ə yaxın insan yaralanmışdı.

Məhkəmənin hökmünə əsasən, daha 18 nəfər, o cümlədən Banqladeş Milli Partiyasının hazırkı lideri Tariq Rəhman ömürlük həbs cəzasına məhkum olunub. Rəhman 1991-1996 və 2001-2006-cı illərdə Banqladeş hökumətinə rəhbərlik edən və hazırda həbsdə olan Xalid Ziyanın oğludur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.