DÜNYA


Banqladeşdə COVID-19 ilə əlaqədar sərt karantin rejimi yenidən uzadılıb

Pekin, 21 aprel, AZƏRTAC

Banqladeşdə son günlər COVID-19 virusuna yoluxmaların çoxalması, ölüm hallarının isə pandemiya dövründə ən yüksək həddə çatması səbəbindən sərt karantin rejiminin aprelin 28-dək uzadılmasına qərar verib.

AZƏRTAC xəbər verir ki, hökumət bu qərarın yoluxma sayını nəzarət altına almağa imkan verəcəyini güman edir. Pandemiyanın ikinci dalğası ilə əlaqədar sərt karantin rejimi aprelin 5-də elan olunub, sonradan aprelin 21-dək uzadılıb. Bu rejimdə ictimai nəqliyyatın hərəkəti, dövlət qurumlarında və özəl sektorda iş fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, hazırda Banqladeşdə pandemiyanın ikinci və daha güclü dalğası müşahidə olunur. Ölkənin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinin məlumatına əsasən, ötən gün ölkədə virusa 4559 yoluxma aşkarlanıb, 91 ölüm halı baş verib. Əvvəlki gün isə ölüm sayında (112) antirekord qeydə alınıb.

İndiyədək ölkədə 727 mindən çox yoluxma, 10 min 588 ölüm qeydə alınıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.