DÜNYA


Banqladeşdə avtomobil qəzasında 8 nəfər ölüb

Pekin, 19 noyabr, AZƏRTAC

Banqladeşin Çapaynavabqanc rayonunda baş verən avtomobil qəzasında 8 nəfər ölüb.

AZƏRTAC Banqladeşin BSS agentliyinə istinadla xəbər verir ki, qonşu rayondan düyü tarlalarında məhsul yığımından qayıdan fermer təsərrüfatı işçilərinin olduğu avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər isə yaralanıb.

Qəza vaxtı işçilərin yük avtomobilində əməkhaqqı müqabilində aldıqları düyü torbalarının üstündə oturduqları, bu səbəbdən də hadisə nəticəsində ağır zədələrdən vəfat etdikləri güman olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.