DÜNYA


Banqladeşdə hospitalizasiya olunan COVID pasiyentlərinin 85 faizi peyvənd olunmayanlardır

Pekin, 26 yanvar, AZƏRTAC

Banqladeşdə xəstəxanaya yatırılan COVID-19 pasiyentlərinin 85 faizi, bu xəstəlik səbəbindən ölənlərin əksəriyyəti koronavirusa qarşı peyvənd olunmayanlardır.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ölkənin səhiyyə naziri Zahid Malik özəl xəstəxanaların və tibb təhsili müəssisələrinin rəhbərləri ilə onlayn görüşdə belə deyib. Son günlər ölkədə yoluxanların sayının davamlı çoxaldığını, hökumətin xəstələrin müalicəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirən nazir əlavə edib ki, hazırda xəstəxanalardakı çarpayıların 25 faizi doludur. Əgər yoluxma sayı artmağa davam edərsə, çarpayı sayına tələbat çoxalacaq. O zaman özəl xəstəxanalara da COVID-19 xəstələri yerləşdiriləcək.

Nazir Zahid Malik əhalinin həddindən artıq arxayınlığından və sanitar-gigiyena qaydalarına riayət etməməsindən, o cümlədən qoruyucu maska taxmamasından şikayətlənib.

Qeyd edək ki, Banqladeşdə yanvarın əvvəlindən etibarən sutkalıq yoluxma sayı davamlı artır. Əgər yanvarın ilk günlərində yoluxma sayı üçrəqəmli ədədlə ifadə olunurdusa, ötən sutka bu rəqəm 15 min 527 olub. Yanvarın 25-də isə yoluxma sayı 16 mini ötüb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.