DÜNYA


Banqladeşdə qayıq qəzasında ölənlərin sayı 69-a çatıb

Pekin, 29 sentyabr, AZƏRTAC

Banqladeşdə sentyabrın 25-də baş vermiş qayıq qəzasında ölənlərin sayı 69-a çatıb.

AZƏRTAC Banqladeş mediasına istinadla xəbər verir ki, son 2 gündə 18 nəfərin meyiti sudan çıxarılıb. Boda qəsəbəsi yaxınlığında Korotoa çayında baş vermiş qəza ilə əlaqədar itkin düşmüş 3 nəfərin axtarış işləri davam etdirilir.

Qeyd edək ki, sentyabrın 25-də göyərtəsində təxminən 90 nəfər olan iri qayıq hərəkətdə olarkən batıb. Sərnişinlərin təxminən 50 nəfəri hindu məbədinə ziyarətə gedənlər olub. İlkin ehtimala əsasən, istismar müddəti bitmiş qayığın batmasına səbəb həddən çox yüklənməsi olub. Sərnişinlərdən bəziləri üzərək sahilə çıxa biliblər. Xilasedicilər bir neçə nəfəri xilas edib.

Himalay dağlarının ətəklərindən başlayan Korotoa çayının suyu adi günlərdə dayaz olsa da, son günlər yağan leysan yağışlar çayda suyun səviyyəsinin qalxmasına səbəb olub. Bu amil qəzada insan tələfatının sayının çoxluğuna səbəb olmaqla yanaşı, axtarış-xilasetmə işlərinə də çətinlik yaradır. Bu, Banqladeşdə son illərin ən çox tələfata səbəb olan gəmi qəzasıdır.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.