DÜNYA


Banqladeşdə sutka ərzində COVID-19 virusundan 50 ölüm faktı qeydə alınıb

Pekin, 5 avqust, AZƏRTAC

Banqladeşdə ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1918 yoluxma və bu virus səbəbindən 50 ölüm faktı qeydə alınıb.

AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 244 min 20 nəfərə, ölənlərin sayı isə 3234-ə çatıb.

Bildirilir ki, virusa yoluxanların 57 faizi sağalıb, 1,33 faizi isə ölüb. Pasiyentlərin böyük hissəsi evdə və ya yaşadıqları yerlərdə müalicə alır.

Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.