DÜNYA
Banqladeşin paytaxtı Dəkkədə yanğın nəticəsində ölənlərin sayı 70-ə çatıb
Bakı, 21 fevral, AZƏRTAC
Banqladeşin paytaxtı Dəkkədə yaşayış binasının zirzəmi qatındakı kimyəvi maddələrin olduğu anbarda baş verən yanğın nəticəsində ölənlərin sayı 70-ə çatıb.
AZƏRTAC Banqladeşin BSS agentliyinə istinadla xəbər verir ki, paytaxtın Çaukbazar adlanan ərazisində baş verən hadisə zamanı 50-dən çox adam yaralanıb. Onlardan 14-nün vəziyyəti ağırdır. Yanğın ətrafdakı üç binaya da keçib.
Hadisə yerinə 33 yanğınsöndürən briqadası cəlb olunub. Bir neçə saat sonra yanğın nəzarət altına alınıb. Hadisənin nədən baş verdiyi hələ bilinmir.
Ölkənin nəqliyyat və körpülər naziri Obaydul Quader bildirib ki, ölənlərin ailələrinə təzminat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]
Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır
- 24.04.2024 [11:17]
Filippində istidən altı nəfər ölüb
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]