İDMAN


Banuçiçək Nəsirli Avropa birinciliyində final uğrunda mübarizə aparacaq

Bakı, 15 avqust, AZƏRTAC

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın üçüncü günündə Azərbaycan yığmasının üzvü Banuçiçək Nəsirli 1/4 final mərhələsi çərçivəsində italiyalı Liparulo Anna de Donato ilə qarşılaşıb.

44 kq çəki dərəcəsində mübarizə aparan boksçu ikinci raundda tam üstünlüklə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Nəsirli növbəti döyüşündə ingiltərəli Kalsi Cayla üz-üzə gələcək. Qarşılaşma avqustun 18-də olacaq.

Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.