İDMAN


Baqali Dabo: Hədəfim “Neftçi” ilə çempion olmaqdır

Bakı, 31 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Çempionatın bombardiri olmaq yaxşıdır. Əsas hədəfim komandam ilə çempion olmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi” klubunun hücumçusu Baqali Dabo deyib.

Fransız futbolçu bildirib ki: “Biz peşəkar futbolçuyuq, eyforiyaya qapanmaq fikirlərdən uzaq olmalıyıq. Geridə cəmi 9 tur qalıb, çempionatın böyük hissəsi hələ qarşıdadır. Heç bir eyforiyadan söhbət gedə bilməz. İndi bütün fikirlərimiz “Keşlə” ilə oyuna yönəlib”.

“Qarabağ”la oyundan sonra çoxu mənə sual verdi ki, niyə sən sevinməmisən? Düzü qoldan bir neçə dəqiqə əvvəl rəqib “fair play”ə uyğun oynamadı. Bu amil məni bir az əsəbiləşdirdi. Üstəlik, qol da vurdular. Bu oyunda, həm də o cür azarkeş dəstəyi altında bizi qələbədən başqa heç bir nəticə qane etməyəcəkdi. Biz qələbəyə layiq idik və üçüncü qol bütün suallara aydınlıq gətirdi. Ona görə də, həmin an çox emosional idim. Düşünürəm ki, Premyer Liqada əsas rəqiblərimiz “Qarabağ”, “Qəbələ” və “Sabah”dır”, - deyə Baqali Dabo əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.