DÜNYA
Barak Obama müsəlmanları təbrik edib
Bakı, 6 iyul, AZƏRTAC
Barak Obama ABŞ və dünyadakı bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, Obama bayram təbrikində ramazanın müsəlmanlar üçün ruhən yenilənmə və yoxsullara yardım ayı olduğunu söyləyib. O,
ABŞ-da Ramazan bayramının keçirilməsini ölkənin fərqli mədəniyyətlərini xatırlamaq baxımından əhəmiyyətli hesab edib.
ABŞ Prezidenti deyib: “Ramazan ayı ərzində günahsız insanlar həyatını itirdi. Dünyanın müxtəlif bölgələrində zorakılıq hadisələrinin şahid olduq. Bu ay boyunca Orlandoda, İstanbulda, Bağdadda, Mədinədə və digər şəhərlərdə yüzlərlə günahsız insan öldürüldü”.
“Dünyada müsəlmanlara qarşı hücumların artdığını görürük. Kimsə ibadətgahda özünü təhlükə içində hiss etməməlidir. Bir çox Amerikalı ramazan boyunca içində yaşadığı cəmiyyətdə müsəlmanlara yardım etmiş, hətta bu dindən olan qonşuları ilə birlikdə oruc tutmuşdur. Nifrətə qarşı Amerikalı dəyərlərimiz bizi bir araya gətirəcək və birlik içində olaraq bir-birimizi qoruyacağı”,- deyə Barak Obama təbrik məktubunda vurğulayıb.