İQTİSADİYYAT


Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

Bakı, 9 iyul, AZƏRTAC

İnnovasiyalar Agentliyinin nəzdində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, cari il sentyabrın 9-dan 12-dək Macarıstanın paytaxtı Budapeştdə “ITU Telecom World” sərgisi təşkil olunacaq. Sərgidə İKT nazirləri, sənaye təşkilatları, innovativ texnologiya məsələləri, innovatorlar və İKT sahəsi ilə yaxından əlaqəli olan qurumlar iştirak edəcək. Tədbirin əsas məqsədi növbəti mərhələyə yüksəlmək üçün layihələrə texnologiya, investisiya və şəbəkə sahəsində dəstək göstərmək və onlara öz həllərini və ya məhsullarını nümayiş etdirmək üçün fürsət verməkdən ibarətdir. Sərgidə hər hansı məhsul və ya xidmət təklif edən, sosialyönümlü həll yolları nümayiş etdirən IoT, AI, 5G, Smart City, səhiyyə, təhsil, maliyyə, media və əyləncə yönümlü startaplar iştirak edə bilər.

“ITU Telecom World 2019” sərgisində iştirak etmək istəyən startaplar İnnovasiyalar agentliyinin nəzdində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə müraciət edə bilər. Təqdimatlar iyulun 18-dək [email protected]  mailinə qəbul olunur.

2018-ci ildə “ITU Telecom World” sərgisində 94 ölkədən 3700-dən çox iştirakçı, 150-dən çox məruzəçi, 300 investor və tərəfdaşlar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.