DÜNYA


Barbara Buş 93 yaşında vəfat edib

Bakı, 18 aprel, AZƏRTAC

ABŞ-ın sabiq prezidenti, ata Corc Buşun həyat yoldaşı Barbara Buş 93 yaşında vəfat edib.

AZƏRTAC TASS İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Buş ailəsinin rəsmi təmsilçisi Cim Makqrat özünün “Twitter” səhifəsində yazıb. Barbara Buş xroniki obstruktiv ağ ciyər xəstəliyindən əziyyət çəkib.

O, 1989-1993-cü illərdə ABŞ-ın birinci xanımı olub. Altı övladı olub, lakin qızlarından biri üç yaşında leykemiyadan ölüb.

Barbara Buşun 17 nəvəsi, habelə nəticələri qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.