Barbara L.Stinson: Bakı Forumu qlobal problemlərin həlli yollarının müzakirəsi üçün çox önəmli platformadır
AzerTAg.az
Bakı, 18 iyun, AZƏRTAC
IX Qlobal Bakı Forumu problemləri müəyyən edərək, onların həll yollarını tapmaq üçün nəzərdə tutulub. Burada dünyanın hər yerindən, eləcə də bu regiondan olan dünya liderləri həm problemləri aşkarlamaq, həm də beynəlxalq təcrübəni bölüşmək üçün bir araya gəliblər.
Bu sözləri Dünya Ərzaq Fondunun prezidenti Barbara L.Stinson AZƏRTAC-a müsahibəsində deyib.
“Forumun özünəməxsus təsir gücü var. Hər bir ölkə fərqli sahələrdə müxtəlif göstəricilərə malikdir. Onların iqtisadi imkanları bərabər deyil, hər birinin müxtəlif problemləri və bu problemlərin həllinə fərqli yanaşmaları var. Bu səbəbdən problemlərin həll yollarını birlikdə tapıb onları təkmilləşdirməliyik. Dünya sülhü necə təmin edə bilər? Mənim fikrimcə, sülhün yolu münaqişələrin həllindədir. İnanıram ki, sülhə aparan yeganə yol münaqişənin bərabərsizlik və bir çox uğursuzluq yaratdığını dərk etməkdir. Bu Forumun əhəmiyyəti də dialoq və çağırışların həlli yollarının müzakirəsi üçün insanları bir araya gətirməsidir. Birgə dialoq və müzakirələr bütün qlobal problemlərin həll yollarının araşdırılmasında çox önəmli hadisədir”, - deyə Barbara L.Stinson bildirib.

Xəbərin mətnində orfoqrafik səhv var