İDMAN


“Barkom-Kajani” – ACH voleybol oyununu azərbaycanlı hakim idarə edəcək

Bakı, 8 dekabr, AZƏRTAC

Beynəlxalq dərəcəli hakim Fikrət Axundov kişi voleybolçulardan ibarət Çağırış kuboku yarışlarına təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, turnirin 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində “Barkom-Kajani” (Ukrayna) və ACH (Slovakiya) klubları arasında keçiriləcək görüşdə əsas hakim funksiyasını yerinə yetirəcək. Matçın ikinci hakimi belaruslu Vladimir Kukaşinov olacaq.

Görüş dekabrın 8-də Ukraynanın Lvov şəhərində keçiriləcək.

Komandalar arasında Sloveniyada təşkil olunan ilk oyunda ACH klubu 3:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.