DÜNYA


Barmaq izi skanerinə malik bank kartı hazırlanıb

Bakı, 13 mart, AZƏRTAC

Rəqəmli təhlükəsizlik sahəsində fəaliyyət göstərən Niderlandın “Gemalto” şirkəti daxili barmaq izi skanerinin köməyi ilə ödəniş etməyə imkan verəcək debet kartı hazırlayır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu futuristik ödəniş texnologiyası növbəti ay real şəraitdə sınaqdan keçiriləcək. Britaniyanın “Natwest” bankının öz müştəriləri üçün çıxardığı 200 sınaq kartının köməyi ilə PIN kod daxil etmədən təmassız NFC ödənişləri həyata keçirmək mümkün olacaq.

“Gemalto” şirkətinin nümayəndələri iddia edirlər ki, barmaq izi ilə bağlı məlumatlar yalnız kartda saxlanılır. Hakerlər həmin informasiyanı konkret bankın məlumat bazasından oğurlamaq imkanına malik olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.