İDMAN


“Barselona” 31-ci dəfə İspaniya Kral Kubokunun qalibi olub

Bakı, 18 aprel, Nicat Məmmədov, AZƏRTAC

Aprelin 17-də futbol üzrə İspaniya Kral Kubokunun final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin həlledici matçında “Barselona” və “Atletik Bilbao” klubları üz-üzə gəlib. “Estadio de-la Kartuxa” stadionunda baş tutan görüş “Barselona”nın inamlı qələbəsi ilə başa çatıb - 4:0.

Qeyd edək ki, oyunda dörd qol ikinci hissədə vurulub. Kataloniya təmsilçisinin heyətində Antuan Qrizman, Frenki De Yonq və Lionel Messi (2) fərqləniblər.

Beləliklə, “Barselona” tarixində 31-ci dəfə İspaniya Kral Kubokunun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.