İDMAN


“Barselona” Arturo Vidalla yollarını ayırıb

Bakı, 15 sentyabr, AZƏRTAC

İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Arturo Vidal komandadan ayrılıb.

AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, 33 yaşlı çilili yarımmüdafiəçi Kataloniya klubu ilə müqaviləsini ləğv edib. Bu səhər klubun bazasına gələn futbolçu əşyalarını götürüb və komanda yoldaşları ilə vidalaşıb.

Qeyd edək ki, A.Vidal “İnter”ə transferini tamamlamaq üçün sentyabrın 15-də Milana gedəcək. O, İtaliya təmsilçisinə azad agent kimi qoşulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.