DÜNYA


Barselona Avropanın tibb konqresləri paytaxtı statusunu möhkəmləndirəcək

Madrid, 4 dekabr, AZƏRTAC

2019-cu ildə Barselonada 30-dan çox iri konqres təşkil ediləcək.

Barselonada IBTM World start götürüb. Bu, 150 ölkədən 3 mindən çox tədbir və konvensiya təşkilatçısını bir yerə toplayan aparıcı ümumdünya konqresidir.

Bu forum Barselonanı turistlərə göstərməyin daha bir əlverişli üsuludur ki, bu da şəhər üçün böyük əhəmiyyət kəsb edir. “Turisme de Barcelona” proqramının proqnozlarına görə, 2019-cu ildə şəhərdə 30-dan çox konqres keçiriləcək və bu tədbirlərdə ümumən 350 mindən çox nümayəndə iştirak edəcək.

Avropa Onkologiya Konqresi (ESMO) gələn ilin ən mühüm tədbirləri sırasındadır. Qeyd edək ki, 30 mindən çox iştirakçının qatılacağı bu tədbir Barselonada ilk dəfə keçiriləcək. Diabet Məsələləri üzrə Avropa Konqresi altı il fasilədən sonra yenidən Barselonaya qayıdır. Tədbirdə 15 min nümayəndənin iştirakı gözlənilir.

Şəhərə 2023-2025-ci illərdə konqreslərin keçirilməsi üçün müraciətlər daxil olub. Barselona konqreslərin təşkili məsələlərinə görə dünyada birinci yeri tutur. Məsələn, 2017-ci ildə 195 konqres keçirilib. Barselona görüşlərin təşkili (ötən il 2134 görüş) baxımından da liderdir və bu sahədə Vyana, Paris və Berlin kimi şəhərləri çox geridə qoyub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.