İDMAN
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
Bakı, 16 noyabr, AZƏRTAC
“Barselona” klubunun rəhbərliyi komandanın fransalı hücumçusu Usman Dembelenin meneceri ilə görüşüb.
AZƏRTAC “Qazeta.ru”ya istinadla xəbər verir ki, klubun prezidenti Xosep Maria Bartomeu, baş direktor Xosep Segura və texniki katib Erik Abidal oyunçunun nümayəndəsinə müraciət edərək Kataloniya komandasının futbolçusundan öz işinə daha peşəkar münasibət gözlədiklərini bildiriblər. "Barselona"da Dembelenin məşqlərə vaxtında gələcəyinə və komandaya uyğunlaşmağa davam edəcəyinə ümid edirlər.
Qeyd edək ki, ispan dilini bilməməsinə görə oyunçu həmvətənləri Samuel Umtiti və Klemen Langledən başqa, digər komanda yoldaşları ilə dil tapa bilmir.
Dembele 2017-ci ilin yazında “Barselona”ya Dortmund “Borussiya”sından 115 milyon avroya keçib. Hazırkı mövsümdə futbolçu Kataloniya klubunun heyətində 11 matçda iştirak edib, dörd qol vurub və bir nəticəli ötürmə edib.
Bundan əvvəl bildirilib ki, “Liverpul” Dembelenin kluba keçidi üçün 100 milyon avro təklif etməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]