İDMAN


“Barselona” Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırıb

Bakı, 22 avqust, AZƏRTAC

"Barselona" klubu keçmiş hücumçusu Neymardan İspaniya Futbol Federasiyasına şikayət edib.

AZƏRTAC xəbər verir ki, klub braziliyalı forvardın müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən onlara 8,5 milyon avro borclu olduğunu açıqlayıb.

“Barselona” bununla bağlı avqustun 11-də qaldırdığı məhkəmə iddiasını Fransa Futbol Federasiyasına və FIFA-ya göndərib. Məbləğin daha 10 faizi isə dəyən zərərə hesablanıb.

"Barsa" bildirir ki, Neymar iddianı təmin etməsə, qeyd edilən məbləği ödəməyə görə məsuliyyəti yeni klubu PSJ öz üzərinə götürməlidir.

Qeyd edək ki, Neymar PSJ-yə 222 milyon avroya transfer olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.