İDMAN
Barselona Qran-Prisində min tamaşaçı yarışı tribunalardan izləyə biləcək
Bakı, 4 may, AZƏRTAC
Formula 1 İspaniya Qran-Prisində min tamaşaçının iştirakına icazə verilib.
AZƏRTAC xəbər verir ki, bu qərar Barselonada mayın 9-dan qüvvəyə minəcək karantin məhdudiyyətlərinin yumşalması ilə əlaqədar qəbul edilib. Bazar günündən etibarən, açıq məkanlarda keçiriləcək müxtəlif tədbirlərdə minə qədər insanın iştirakına icazə verilir.
Bilet üçün müraciət edənlər arasından İspaniya Qran-Prisini əsas tribunadan izləyə biləcək min nəfər seçiləcək. Bildirilib ki, tamaşaçılar hər zaman maska taxmalıdırlar. Onlara yemək və içki qəbul etmək qadağan ediləcək. Girişdə hər kəsin istiliyi ölçüləcək.
Qeyd edək ki, İspaniya Qran-Prisi mayın 9-da Barselonada təşkil olunacaq. Formula 1 Azərbaycan Qran-Prisi isə iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]