İDMAN
Barselona Qran-Prisinə bir gün qalmış kütləvi qaçış olacaq
Bakı, 7 may, AZƏRTAC
Formula 1 İspaniya Qran-Prisindən bir gün əvvəl - mayın 11-də axşam Barselona trasında “Run the Track” kütləvi qaçışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təşkilatçılar 12 yaşından başlayaraq bütün qaçış həvəskarlarını Formula 1 yürüşünün start götürəcəyi bu trasda 4655 metr məsafəni qət etməyə dəvət edir.
Bundan əlavə, qaçışda həm həvəskar, həm peşəkar, həm də paraolimpiyaçı yüngül atletlər iştirak edə bilərlər. Yeganə şərt budur ki, arzu edənlərdən ən çoxu min ərizə qəbul ediləcək. Əvəzində bu insanlar sözün həqiqi mənasında Formula 1 ab-havası yaşayacaqlar. Axı qaçışın startı və finişi məşhur Kataloniya halqasında keçiriləcək.
Arzu edənlərin hamısı qaçışın təşkilatçılarının saytında qeydiyyata düşə bilərlər. Onların hamısına müvafiq simvollarla futbolkalar pulsuz təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]