İDMAN


“Barselona” UEFA-dan 100 milyon avro təzminat tələb edə bilər

“Barselona” UEFA-dan 100 milyon avro təzminat tələb edə bilər

Bakı, 31 mart, AZƏRTAC

“Barselona” klubu Çempionlar Liqasından kənarlaşdırılacağı təqdirdə UEFA-dan 100 milyon avro təzminat tələb edə bilər.

AZƏRTAC xəbər verir ki, bu “Barselona”nın Çempionlar Liqasında hər mövsüm qazandığı gəlirə əsaslanır. Bu rəqəmə UEFA-nın qərarı nəticəsində klubun əlindən çıxacaq sponsorluq və ya digər gəlirlər ilə bağlı itkilər də daxildir.

UEFA hər hansısa bir qərarın qəbulu üçün İspaniya məhkəməsinin “Neqreyra” işi ilə bağlı qərar çıxaranadək gözləməlidir. Əks halda, klubun UEFA-nı məhkəməyə vermək haqqı var.

Martın 10-da İspaniya prokurorluğu “Barselona”ya qarşı hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya klub tərəfindən 7,3 milyon avro rüşvət ödənilməsi ilə bağlı ittiham irəli sürüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.