İDMAN


“Barselona” daha bir ilkə imza atıb

Bakı, 5 iyun, AZƏRTAC

Qarşıdan gələn dünya çempionatında iştirak edəcək 32 yığma komandanın hər biri bu turnirə 23 futbolçudan ibarət son siyahılarını elan ediblər.

AZƏRTAC xəbər verir ki, “Barselona” komandası dünya çempionatları üçün bir növ rekord müəyyən edib: o, tarixdə ilk klubdur ki, oyunçuları dünya çempionatının bütün qruplarında iştirak edəcəklər.

Dünya çempionatında çıxış edəcək bütün yığmalar səkkiz qrupa bölünüb. Hər qrupa 4 milli komanda daxildir.

Xatırladırıq ki, futbol üzrə 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.