İDMAN


“Barselona” fransalı müdafiəçi ilə razılığa gəlib VİDEO

Bakı, 9 yanvar, AZƏRTAC

İspaniyanın "Barselona" futbol klubu fransalı müdafiəçi Jan-Kler Todibonun 2019-cu ilin yayında komandaya transferi ilə bağlı müqavilə imzalayıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 19 yaşlı futbolçunun “Tuluza” ilə müqaviləsi bu ilin iyununda başa çatacaq və o, “Barselona”ya pulsuz transferə olunacaq.

Todibo karyerasına “Tuluza” klubunda başlayıb. O, cari mövsümdə keçirdiyi 10 oyunda 1 qol vurub.

Qeyd edək ki, futbolçu “Real Madrid”, “Yuventus” və “Mançester Siti” kimi nəhəng klubların da maraq dairəsində idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.