DÜNYA
Barselona hər gün 400 miqrant və qaçqın qəbul edir
Madrid, 4 sentyabr, AZƏRTAC
Barselonadakı müvəqqəti qalma mərkəzinə hər gün təxminən dörd yüz miqrant və qaçqın daxil olur.
AZƏRTAC xəbər verir ki, Kataloniya paytaxtı meriyasının məlumatına görə, cari ilin əvvəlindən bu müəssisə 12,6 min insana kömək göstərib. Onların min nəfərdən çoxu yetkinlik yaşına çatmayanlardır.
Barselona bələdiyyəsində qaçqınların sayının əhəmiyyətli dərəcədə artmasını qeyd edirlər: cari ilin yeddi ayı ərzində bu rəqəm bütün 2017-ci il ərzində ümumi saydan çox olub.
Şəhərin hakimiyyət orqanlarının sözlərinə görə, dövlət büdcəsində və regional büdcədə miqrantların belə axınını qəbul etmək üçün resurslar nəzərdə tutulmayıb. Bildirilir ki, meriya bu məqsədlər üçün demək olar ki, 6 milyon avro ayırıb. Son aylarda Barselonada miqrantların və qaçqınların yerləşdirilməsi və onlara tibbi, hüquqi və psixoloji kömək göstərilməsi üçün yerlərin kəskin çatışmazlığı hiss olunur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]