İDMAN


“Barselona” ilk “milyarder” idman klubudur

Bakı, 3 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

İspaniyanın “Barselona” futbol klubu dünyada ilk idman klubudur ki, gəlirləri 1 milyard dolları aşıb.

AZƏRTAC klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 2017/2018-ci illər mövsümündə “Barselona”nın qazancı 1,05 milyard dollar olub. Klub ardıcıl olaraq beş il öz gəlirlərinin həcminə görə “rekordçudur”. Həmçinin bildirilir ki, 2018-ci il iyunun 30-u üçün olan məlumata görə, İspaniya klubunun xərcləri 1,017 milyard dollara, borcu isə 181,3 milyon dollara bərabər olub. 2021-ci ildə gəlirin məbləğini 1,15 milyard dollara çatdırmaq planına uyğun olaraq 2018/2019-cu illər mövsümü üçün büdcədə 1,1 milyard dollar gəlir əldə etmək nəzərdə tutulur.

Ötən mövsümdə “Barselona” İspaniya çempionu və ölkə Kubokunun sahibi olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.