İDMAN


“Barselona” klubu “Ayaks”ın gənc futbolçusunu transfer edib

Bakı, 23 yanvar, Nicat Məmmədov, AZƏRTAC

İspaniyanın “Barselona” klubu Hollandiyanın “Ayaks” komandasının gənc futbolçusu Frenki De Yonqu transfer edib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Katalonya təmsilçisinə yayda keçəcək. Keçidin maliyyə məsələləri də açıqlanıb. “Barselona” De Yonq üçün “Ayaks”a 75 milyon avro ödəyəcək.

Qeyd edək ki, Frenki De Yonq Hollandiyanın “Vilyem II” klubunun yetirməsidir. O, cari mövsüm "Ayaks"ın heyətində 40 oyunda meydana çıxıb və 3 qolla yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.