İDMAN


“Barselona” klubu “Milan”ın futbolçusu Frank Kessyeni transfer edib

Bakı, 4 iyul, AZƏRTAC

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC xəbər verir ki, Kataloniya təmsilçisi İtaliyanın “Milan” klubundan Frank Kessyeni transfer edib.

Fil Dişi Sahili yığmasının da üzvü olan yarımmüdafiəçi ilə dördillik müqavilə imzalanıb. İyirmi altı yaşlı oyunçuya 500 milyon avro təzminat qiyməti qoyulub.

“Barselona” Frank Kessyeni iyulun 6-da ictimaiyyətə təqdim edəcək.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.