İDMAN


“Barselona” klubu transfer etmək istədiyi beş hücumçunun adlarını açıqlayıb

Bakı, 8 yanvar, AZƏRTAC

İspaniyanın “Barselona” klubu hücum xəttini gücləndirmək məqsədilə transfer etmək istədiyi beş hücumçunun adlarını açıqlayıb.

AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi yayda 32 yaşı tamam olacaq Luis Suaresi gələcəkdə əvəzləyə biləcək gənc forvard transfer etmək niyyətindədir.

Kataloniya təmsilçisinin transfer gündəliyinə daxil etdiyi hücumçular Kşiştof Pyatek (“Genoa”), Nikola Pepe (“Lill”), Maksi Qomes (“Selta Viqo”), Luka Yoviç (“Ayntraxt”) və Timo Vernerdir (“Leypsiq”).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.