İDMAN


“Barselona” klubunun rəhbərliyi baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

Bakı, 18 may, AZƏRTAC

“Barselona” futbol klubunun rəhbərliyi baş məşqçi Ronald Kuman ilə bağlı qərarını açıqlayıb.

AZƏRTAC RAC1 radiosuna istinadla xəbər verir ki, baş məşqçi mövsümün sonunda istefaya göndəriləcək.

Bu qərar klub rəhbərliyi tərəfindən komandanın İspaniya çempionatının 37-ci turunda “Selta Viqo”ya 1:2 hesabı ilə məğlubiyyətindən sonra qəbul edilib. Bu matçda uduzan “Barselona” çempionluq şansını itirib. Hazırda komanda 76 xalla La Liqada üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.