DÜNYA


Barselona limanında vəziyyət kritik həddə çatıb

Barselona limanında vəziyyət kritik həddə çatıb

Madrid, 25 mart, AZƏRTAC

İspaniyada yükdaşıyanlar on gündən artıqdır ki, iş şəraiti və Ukraynada münaqişənin başlanmasından sonra daha da sürətlənən benzin və dizel qiymətlərinin artması ilə əlaqədar müddətsiz tətil keçirirlər.

AZƏRTAC xəbər verir ki, Barselona limanında vəziyyət getdikcə kritikləşir. Limanın prezidenti Damia Kalvenin sözlərinə görə, limanda fəaliyyət minimum həddə düşüb və bu, terminalların işinə mənfi təsir edir. Mövcud vəziyyət dəniz əməliyyatlarının dəyişməsinə də səbəb ola bilər. Limanda yeni konteynerlər üçün yerlər getdikcə azalır. Doluluq 90 faiz təşkil edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.