İDMAN


“Barselona” öz meydanında “Atletik Bilbao” komandasını məğlub edib

Bakı, 24 iyun, Nicat Məmmədov, AZƏRTAC

İyunun 23-də futbol üzrə İspaniya Liqasının 31-ci turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Barselona” öz meydanında “Atletik Bilbao” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolun müəllifi 74-ci dəqiqədə İvan Rakitiç olub. O, Lionel Messinin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu qələbədən sonra xal ehtiyatını 68-ə çatdıran Kataloniya təmsilçisi turnir cədvəlində müvəqqəti olsa da birinci pilləyə yüksəlib. Bir oyun az keçirən “Real Madrid” 65 xalla ikinci yerdədir.

“Atletik Bilbao” (42 xal) 10-cu yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.