İDMAN


“Barselona” qələbə qazanaraq “Real Madrid”  ilə xal fərqini bərabərləşdirib

Bakı, 10 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 9-da İspaniya La Liqasında 11-ci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, son çempion “Barselona” öz meydanında “Selta Viqo” komandasını qəbul edib.

Görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Barselona”nın heyətində Lionel Messi (3) və Serxio Busqets fərqləniblər. “Selta Viqo”un heyətində isə yeganə qolun müəllifi Lukas Olaza olub.

Bu qələbədən sonra xallarını 25 çatdıran “Barselona” turnir cədvəlində əzəli rəqibi olan “Real Madrid” ilə xal fərqini bərabərləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.