İDMAN


“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur

Bakı, 19 yanvar, AZƏRTAC

“Barselona” 2018-ci ildə sosial şəbəkələrdə ən çox izləyiciyə sahib olan futbol klubu seçilib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, ötən il İspaniya təmsilçisinin “Instagram”da 989 milyon, “Facebook”da 130 milyon və “Twitter”də 70 milyon izləyicisi olub. “Barselona”nın “YouTube” kanalı il ərzində dünyanın bütün futbol klubları ilə müqayisədə daha çox baxış sayı toplayıb. “Youtube” kanalında “Barselona”nın videolarına 271 milyon dəfə baxış olub. Ümumilikdə sosial şəbəkələrdə klubu izləyənlərin sayı 1 milyard 189 milyon nəfərdir.

Bu göstəricilər üzrə Avropa klubları arasında sonrakı yerlərdə qərarlaşan “Real Madrid”in 703 milyon, “Mançester Yunayted”in isə 647 milyon izləyicisi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.