İDMAN


“Barselona” və “Real Madrid” növbəti qələbələrini qazanıblar

Bakı, 8 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Dekabrın 7-də İspaniya La Liqasının 15-ci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlində 31 xala malik iki lider “Barselona” və “Real Madrid” növbəti oyunlarını keçiriblər. Kataloniya təmsilçisi öz meydanında “Malyorka”nı 5:2, Madrid təmsilçisi isə “Espanyol”u 2:0 hesabı ilə məğlub ediblər.

Bu qələbədən sonra hər iki komanda aktivlərinə 36-cı xalı yazaraq turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər.

Xatırladaq ki, iki əzəli rəqib bir-biri ilə dekabrın 18-də üz-üzə gələcək. “El Klassiko” Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.