İDMAN
“Barselona” yeni maliyyə mənbələri axtarır
Bakı, 29 aprel, AZƏRTAC
“Barselona” klubu Avropa Super Liqası layihəsinin uğursuzluğa düçar olmasından sonra yeni maliyyə mənbələri axtarmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Məlumatda bildirilib ki, klub başlanğıc üçün Super Liqanın sponsoru ABŞ bankı “JP Morgan”dan 350 milyon avro almalı idi. “Barselona” prezidenti Xuan Laporta bu vəsaitin köməyi ilə forvard Lionel Messi ilə müqaviləni uzadacağını, “Borussiya”dan Erling Holand və ya PSJ-nin hücumçusu Neymarı alacağına ümid edirdi. Buna görə də, klub xarici sərmayə axtarışını gücləndirməli, kredit üçün müxtəlif investisiya fondları ilə danışıqlar aparmalıdır.
Bundan başqa, “Barselona” "Nou Kamp" stadionunun adının, "Corporate" törəmə şirkətindəki payının satışını və eləcə də maaşların kəsilməsi və futbolçuların satışı ilə bağlı fikirləri müzakirə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]