SİYASƏT


Barselonada Avropa Azərbaycanlılar Konqresi İdarə Heyətinin iclası keçirilib VİDEO

Barselona, 17 iyul, AZƏRTAC

İyulun 17-də İspaniyanın Kataloniya muxtariyyətində Avropa Azərbaycanlılar Konqresi (AAK) İdarə Heyətinin iclası keçirilib. Barselona Azərbaycan Cəmiyyətinin (ASB) təşkilati dəstəyi ilə təşkil olunmuş “Regional səviyyədə dövlətlərin ərazi bütövlüyünə qəsdlər və dövlət sərhədlərinin toxunulmazlığı” mövzusunda iclas Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilib.

İclasda AAK prezidenti Sahil Qasımov ilə Kataloniya muxtariyyətinin bir sıra rəsmi şəxsləri arasında iyulun 16-da keçirilmiş görüşlərə yekun vurulub. AZƏRTAC həmin görüşlər haqqında məlumat verib.

ASB sədri Kərim Kərimov təmsil etdiyi təşkilat haqqında söhbət açıb. Bildirilib ki, 2015-ci ilin fevral ayında yaradılmış bu qurum ötən 3,5 ildəki fəaliyyəti dövründə Xocalı soyqırımı qurbanlarının xatirəsinə, 20 Yanvar qırğınının ildönümünə həsr edilmiş tədbirlər keçirib. Cəmiyyət sosial şəbəkələrdə təmsil olunub və onun geniş auditoriyası var.

AAK İdarə Heyətinin üzvləri iclasda çıxış edərək bu tədbirin təşkil olunmasına görə ASB-yə təşəkkür ediblər.

Cəmiyyətin AAK-a üzv olmaq barədə müraciətinə baxılıb. İdarə Heyətinin qərarına əsasən, bu diaspor təşkilatı Konqres sıralarına qəbul edilib.

Kərim Kərimov ASB-nin fəaliyyətinin yüksək qiymətləndirilməsinə və ona göstərilən etimada görə AAK-ın İdarə Heyəti üzvlərinə təşəkkür edib.

AAK-ın Nizamnaməsinə uyğun olaraq bir sıra təşkilati məsələlər də müzakirə olunub. İdarə Heyətinin üzvü, Finlandiyada Azərbaycan diasporunu təmsil edən Arzu Oqtay AAK-ın baş katibi təyin edilib. O, Konqresin yeni yaradılmış Əlaqələndirici Katibliyinə rəhbərlik edəcək.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Barselona

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.