İDMAN
Barselonada F1 Qran-Prisini qoruyub saxlamağa ümid edirlər
Bakı, 12 dekabr, AZƏRTAC
İspaniya Qran-Prisinin təşkilatçıları F1 sahibləri olan “Liberty Media” ilə seriya mərhələlərinin Barselonada keçirilməsi ilə bağlı yeni müqavilə bağlayacaqlarına hələ də əmin deyillər.
AZƏRTAC xəbər verir ki, Barselona avtodromunun baş direktoru Viçen Agilera “Liberty Media”nın nümayəndələri ilə 3-4 aydan sonra görüşəcəyinə ümidvar olduğunu bildirib.
V.Agilera deyib: “Biz bunun üzərində işləyirik, lakin hər şeyi düzgün etməliyik. Məqsədimiz müqaviləni yenidən imzalamaqdır, lakin danışıqlar hələ başlamayıb. Formula 1-in alternativləri var, lakin Barselonanın təklifi trass, iri turizm şəhəri infrastrukturu, təşkilatçılıq baxımından daha əhəmiyyətlidir. Yeni müqavilədə biz hər şeyi nəzərə almalıyıq: gəlir əldə etmə imkanı, müqavilə üçün ödəniş, Qran-Prini qazanma şərtləri. Dəyişkənlik çoxdur.
Trass yaxşı vəziyyətdədir, lakin maliyyə vəziyyəti o qədər də yaxşı deyil. Çünki biz qazanmaq iqtidarında deyilik və hazırkı mürəkkəb şəraitdə zərər çəkirik. Biz əlavə vəsait köçürmək məcburiyyətində qaldıq”.
İspaniyanın “El Mundo Deportivo” qəzetinin yaydığı məlumata görə, yerli hökumət Barselonadakı Qran-Priyə 2,5 milyon avro ayırıb, hazırda bu məbləğ 1,5 milyona endirilib.
“Bizim 3 il davam edən razılaşmamız vardı, indi isə 2020-ci ildə nə edəcəyimiz barədə düşünməliyik. 2019-cu ildə, Qran-Pridən dərhal sonra seçkilər olacaq, baxacağıq ki, nə dəyişəcək”, - deyə sonda Agilera bildirib.