ELM VƏ TƏHSİL


Barselonada Ümumdünya mobil sənaye sərgisi keçiriləcək

Madrid, 1 oktyabr, AZƏRTAC

2019-cu ilin fevralında Barselonada keçiriləcək Ümumdünya mobil sənaye sərgisinə (“Mobile World Congress” - MWC) dünyanın 200 ölkəsindən 107 mindən çox tamaşaçı gələcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu sərgi ilə bağlı tədbirlər 2019-cu il fevralın 25-dən 28-dək Kataloniyanın paytaxtındakı Monjuik dağında və “Gran Via de Fira” mərkəzində, habelə Ospitalet-de-Lyobreqatda (La Farga) keçiriləcək.

Sərginin əsas mövzuları “ağıllı” qoşulma sistemləri, hiperqoşulma, 5G-internet, süni intellekt və “big data” məsələləri olacaq.

Sərgidə iştirakını təsdiqləmiş spikerlər arasında “Vodafone” şirkətinin yeni idarəçisi Nik Rid, “Vimeo” şirkətinin başçısı Ancali Sud, HTC şirkətinin banisi və müdiri Şer Vonq, “Citi” şirkətinin başçısı Ceyms Foriz, “Groupon” şirkətinin rəhbəri Riç Vilyams, “Digital Asset Holdings”in başçısı Blayt Masters və GSMA-nın baş direktoru Mats Qranrid vardır. Sərgidə 2400-dən çox şirkət, o cümlədən “Alibaba Cloud”, “Cisco Systems”, “Accenture”, “Ericsson”, “Facebook”, “Google”, “HTC”, “Huawei”, “Intel”, “Lenovo”, “Orange”, “Telefónica”, “Vodafone”, “Seat” və “ZTE” şirkətləri təmsil olunacaq.

Bu ilki sərginin əsas yeniliyi “Planeta Digital: Experiencia Conectada” layihəsi olacaq. Buraya insanların gündəlik həyatına təsir göstərən qarşılıqlı fəaliyyət sistemləri ilə əlaqədar 200-ə yaxın proqram əlavəsi və müvafiq qərarlar daxildir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.