CƏMİYYƏT


Barselonada ətraf mühitə daha çox zərər verən avtomobillərin istifadəsi qadağan olunacaq

Bakı, 15 mart, AZƏRTAC

2020-ci ildən başlayaraq Barselona şəhərində ətraf mühitə daha çox zərər verən nəqliyyat vasitələrinin aşağı tullantı zonalarında (ZBE) hərəkətinin qadağan edilməsi ilə əlaqədar tədbirlərin tətbiqinə başlayacaq. Belə ki, şəhərin bütün ərazisini və dörd bələdiyyənin bir hissəsini əhatə edən 95 kilometrlik sahədə həmin avtomobillərə veto qoyulacaq.

AZƏRTAC ispan KİV-nə istinadla xəbər verir ki, Barselona şəhər şurasının məlumatına görə, məhdudiyyətlərin qüvvəyə minməsindən sonra 50 min avtomobil, motosiklet və mikroavtobusların şəhərdə hərəkəti dayandırılacaq. Beləliklə, Barselonadakı avtoparkın 7 faizi azalacaq.

Barselona meri Ada Kolau bildirib ki, hökumətin hesablamalarına görə, şəhərdə hər il 354 insan hava çirkliliyi səbəbindən dünyasını dəyişir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.