DÜNYA


Barselonada gərgin vəziyyət davam edir

Madrid, 19 oktyabr, AZƏRTAC 

Oktyabrın 18-də günortadan sonra Barselonada “Azadlıq uğrunda yürüş” keçirilib. Tədbirdə bütün Kataloniyanı təmsil edən 525.000 adam iştirak edib.

AZƏRTAC xəbər verir ki, ümumi nümayişdən az sonra radikal qruplaşmalar asayişi mühafizə qüvvələrinə qarşı yenidən təhrikçi hərəkətlər ediblər. İspaniyanın hüquq-mühafizə orqanları iğtişaş törədənləri Barselonanın mərkəzindəki Via Layetana küçəsində yerləşən polis idarəsi binasından uzaqlaşdırmağa çalışıblar. Metronun Urquinaona stansiyası toqquşmaların lap mərkəzində olduğu üçün onu müvəqqəti bağlayıblar.

Separatçı qruplaşmalar və təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində 180 nəfər həbs edilib, 152 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Nümayişçilər milli polis qərargahını mühasirəyə alıb, polislərin üzərinə daş və yanan əşyalar atıb, barrikadalar düzəldib, konteynerləri yandırıblar. Buna cavab olaraq polis nümayişçilərə qarşı rezin güllələr, gözyaşardıcı qaz və su şırnağı tətbiq edib. Azı üç nəfər polis işçisi yaralanıb.

Hazırda Barselonanın kommunal xidmətləri gecə vaxtı şəhərin mərkəzində törədilmiş talanların nəticələrini aradan qaldırmağa çalışırlar. Polis xüsusi texnikanın maneəsiz hərəkətini təmin etmək üçün Kataloniya meydanı yaxınlığında bir neçə küçədə hərəkəti bağlayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.