CƏMİYYƏT


Barselonada möhtəşəm məscid tikiləcək

Madrid, 10 oktyabr, AZƏRTAC

Avropa və Asiyanın müsəlman icmalarının liderləri Barselonada böyük məscid inşa edilməsi barədə planları müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, Kataloniyanın paytaxtında Avropa Müsəlman Forumu keçirilib. Tədbirdə İtaliya, İspaniya, Fransa, İngiltərə, Serbiya, Polşa və Litvanın müsəlman birliklərinin nümayəndələri iştirak ediblər. İslam dinini müxtəlif aspektlərdə təmsil edən bu platforma, o cümlədən məscidlər tikintisi üzrə müxtəlif tədbirlər və layihələr həyata keçirir. Təşkilat Avropada və Asiyada bir neçə ofis açmağı planlaşdırır. Həmin ofislərdən birincisi Barselonada yerləşəcək.

Təşkilatın rəhbərliyi bildirir ki, Kataloniya paytaxtında İspaniyanın ən böyük müsəlman icması cəmləşib, lakin indiyə qədər bu şəhərdə bircə normal məscid də yoxdur.

Barselonadakı ofis mədəni tədbirlər təşkil edilməsi, müxtəlif müəssisələr ilə qarşılıqlı fəaliyyət, ilk növbədə, miqrantların dəstəklənməsinə yönəlmiş sosial layihələrlə məşğul olacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.