CƏMİYYƏT


Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Barselonada yaşayan həmyerlimiz Orxan İbadov Misirin İsgəndəriyyə şəhərində keçirilən “Egypt Open 2022” yaddaş çempionatının qızıl medalına layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yarışda müsəlman ölkələrinin, Yaponiya və Braziliyanın güclü yaddaş sahibləri iştirak ediblər.

Soydaşımız 5 dəqiqəyə 284 şəkli, 15 dəqiqəyə 840 rəqəmi, 5 dəqiqəyə 97 sözü sıra ilə düzgün yadda saxlayaraq, 10 kateqoriyanın üçü üzrə qızıl medal qazanıb. Bu nəticə ilə Orxan İbadov həm də İslam dünyasının ən güclü yaddaşı hesab edilib.

Qeyd edək ki, indiyədək soydaşımız Almaniya, Türkiyə, Filippində keçirilən yaddaş üzrə açıq çempionatlarda və turnirlərdə uğurlu nəticələr göstərib.

Orxan İbadov həm də Barselona Azərbaycanlıları Cəmiyyətinin fəal üzvlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.