İDMAN
“Barselona”lı futbolçu ağır zədə səbəbindən xəstəxanaya çatdırılıb
Bakı, 11 may, AZƏRTAC
İspaniya La Liqasının XXXVI turu çərçivəsində “Barselona” öz meydanında “Selta Viqo”nu qəbul edib.
AZƏRTAC xəbər verir ki, matçın 65-ci dəqiqəsində “Barselona”lı 23 yaşlı müdafiəçi Ronald Arauxo komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Bundan sonra uruqvaylı oyunçu ayağa qalxıb oyuna davam etmək istəsə də huşunu itirib yerə yıxılıb və meydanı ambulansla tərk edib.
Qeyd edək ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandadan qolları Memfis Depay 30-cu, Pyer-Emerik Obameyanq 41-ci və 48-ci dəqiqələrdə vurub. “Selta Viqo”nun tək qolu isə 50-ci dəqiqədə Aspastan gəlib.
36 oyundan sonra “Barselona” 72 xalla 2-ci, “Selta Viqo” isə 43 xalla 11-cidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]