CƏMİYYƏT


Baş Dövlət Yol Polisi İdarəsi Hökməli qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

Bakı, 6 fevral, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) fevralın 6-da səhər saatlarında Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev AZƏRTAC-a bildirib ki, fevralın 6-da saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ərazisində 551 saylı marşrut xətti üzrə hərəkətdə olan “Saz NP37” markalı 99-KU-551 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Nəticədə mikroavtobus yol kənarında dayanmış “DAF” markalı yük avtomobilinə dəyib.

Qəza nəticəsində xəsarət alan sürücü və üç sərnişin xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.