CƏMİYYƏT


Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Bakı, 13 noyabr, AZƏRTAC 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev AZƏRTAC-a bildirib ki, bir çox hallarda rayonlararası yollarda hərəkətdə olan sürücülərin məsuliyyətsiz hərəkəti qəzalara səbəb olur. Belə ki, sürücülər yuxusuz vəziyyətdə yola çıxır, yolda dincəlmir və nəticədə qəzalar baş verir.

Rüfət Quliyev profilaktik tədbirlərə baxmayaraq, bəzi hərəkət iştirakçılarının bu tövsiyələrə əməl etmədiklərini vurğulayaraq bildirib: “Hər hansı sürücü səfərə çıxmazdan əvvəl avtomobilinə xüsusi diqqət yetirməlidir. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Təbii ki, hərəkət zamanı sürət rejiminə, manevretmə qaydalarına, eləcə də digər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Yorğun və yuxusuz halda sükan arxasında əyləşmək yolverilməzdir. Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var. İstənilən sürücü yorğun olduqda postlarda avtomobillərini saxlayıb bu otaqlardan istifadə edə bilər. Bu, qəzaların sayının azalması baxımından mühüm rol oynayır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.