CƏMİYYƏT


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a açıqlamasında sentyabrın 29-dan etibarən təhsilin əyani formada tam başlanması ilə əlaqədar yollarda sıxlıqların və tıxacların daha da artmasının gözlənildiyini vurğulayaraq deyib: “Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, ictimai məsuliyyəti artırsınlar, “Yol hərəkəti haqqında” Qanuna ciddi riayət etsinlər. Nəzərə alsınlar ki, ən xırda inzibati xəta hesab olunan dayanma-durma kimi qaydaların pozulması, yolların hərəkət istiqamətinin zəbt olunması paytaxt ərazisində saatlarla davam edən sıxlıqlara, tıxaclara gətirib çıxarır. Bu cür hallara yol verməmək üçün hər bir vətəndaşımızdan ictimai məsuliyyəti artırmağı xahiş edirik. Nəzərə alsınlar ki, yol polisi əməkdaşlarının sayı kifayət qədərdir. Bütün küçə və prospektlərdə onlar tıxacların, sıxlıqların qarşısını almaq üçün nizamlayıcı qismində gücləndirilmiş qaydada fəaliyyət göstərirlər. Lakin yenə də vətəndaşlar tərəfindən ictimai məsuliyyət önəmlidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.